Azərbaycanda 70 mindən çox istifadəçi zərərli...


Digərləri 14 İyn 2018 08:25:00 254 0

Azərbaycanda 70 mindən çox istifadəçi zərərli...

Azərbaycanda "Kaspersky Lab"ın həlləri ilə müdafiə olunan 70 mindən çox istifadəçi ilin əvvəlindən müxtəlif zərərli proqram təminatları tərəfindən hücuma məruz qalıb.

Son.az lent.az-a istinadən xəbər verir ki, bu barədə "Kaspersky Lab" şirkətinin Azərbaycanda rəsmi təmsilçisi Müşviq Məmmədov bildirib.

Bu ilin may ayında Azərbaycanda istifadəçilərin 22%-i zərərli proqram təminatları tərəfindən internetdən hücuma məruz qalıb, 28%-i isə bu cür təhlükələrlə, məsələn, fleş-kart istifadəsi zamanı qarşılaşıb.

M.Məmmədov qeyd edib ki, ümumiyyətlə, 2018-ci ildə kibertəhdidlər landşaftı ciddi dəyişməyib. Ötən il bütün dünyanı sarsıdan fırıldaqçı proqramların kütləvi hücumları hazırda azalmaq üzrədir. "Kaspersky Lab"ın proqnozlarına əsasən, 2018-ci ildə əsas məqsədi maynerlərin quraşdırılması olacaq hücumların sayı artacaq. Əgər fırıldaqçı proqramlar potensial olaraq böyük, lakin birdəfəlik gəlir əldə etməyə imkan yaradırsa, maynerlər daha kiçikhəcmli, lakin davamlı gəlirlərlə təmin edir və bu da cinayətkarlar üçün cəlbedici ola bilər. Çox güman ki, korporativ istifadəçilər fırıldaqçı proqramların hücumlarını müəyyən edə biləcəklər. Təəssüf ki, 2017-ci il təhlükəsizlik üzrə ekspertlərə və kibercinayətkarlara aydın olaraq texnoloji və korporativ şəbəkələr bu cür hücumlara həssas ola biləcəyini nümayiş etdirdi, onlardan gələn zərər isə yüz minlərlə dollar həcmində dəyərləndirilir. Bundan başqa, hədələyici proqramlar məqsədli hücumlar üçün himayəedici rolu oynaya bilər.