Abşeronda hasar orta yaşlı kişinin üstünə aşıb


Sosial 14 İyn 2018 08:14:46 228 0

Abşeronda hasar orta yaşlı kişinin üstünə aşıb

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib

Xırdalan şəhərində bədbəxt hadisə nəticəsində bir nəfər ağır xəsarət alıb.

"Report" xəbər verir ki, hadisə şəhərin mərkəzində baş verib.

1982-ci il təvəllüdlü Əliyev İntiqam Amin oğlu fərdi yaşayış evinin yanından keçərkən evin hasarı onun üstünə aşıb. Nəticədə İ.Əliyev müxtəlif nahiyələrindən xəsarətlər alıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Fakt araşdırılır.