Nokia 6.1in satışları başlandı


Digərləri 14 İyn 2018 08:15:00 327 0

Nokia 6.1in satışları başlandı

"HMD Global" şirkəti tərəfindən "MWC" sərgisində təqdim edilmiş "Nokia 6.1" smartfonu artıq Çində satışa çıxarılıb.

Son.az ICTnews-a istinadən bildirir ki, məlum olub ki, bu smartfonu Almaniyada satın almaq mümkündür. 4 QB-lıq əməli yaddaş, 64 QB-lıq daxili fləş yaddaşla təchiz edilmiş "Nokia 6.1" smartfonunun dəyəri 302 funt (355 dollar) təşkil edib.

Xatırladaq ki, "Nokia 6.1" smartfonu "Corning Gorilla Glass" qoruyucu şüşəsinə malik "Full HD" (1920x1080 piksel) təsvir ölçülü 5,5 düymlük 2.5D displey, 2,2 QHs takt tezlikli "Qualcomm Snapdragon 630" prosessoru ilə təchiz edilib və "microSD" yaddaş kartlarını dəstəkləyir.