Dünya saytlarına yeni virus hücum edib


Digərləri 14 İyn 2018 08:01:00 413 0

Dünya saytlarına yeni virus hücum edib

"Defiant" şirkətinin kompüter təhlükəsizliyi üzrə mütəxəssisləri "WordPress" platformalı saytlara hücum edən "BabaYaga" adlı yeni virus aşkarlayıblar.

Son.az ICTnews-a istinadən bildirir ki, zərərli proqram təminatı "WordPress" platforması bazasında saytlara müdaxilə üçün nəzərdə tutulub. Virusa yoluxmuş səhifələr istifadəçiləri müxtəlif ticarət platformalarına yönəldir və orada alış-veriş edilən zaman haker mağazanın mədaxilindən öz payını götürür.

Məlumata görə, virus iki moduldan ibarətdir: birincisi, boşluğa malik saytlara spam istinadlarını tətbiq edir, ikincisi isə cinayətkarlara zərərli proqrama yoluxmuş səhifələrə nəzarət etməyə imkan verir.