Türkiyə prezidentinin mətbuat katibi BMT qətnaməsini uğur adlandırıb


Digərləri 14 İyn 2018 03:16:04 417 0

Türkiyə prezidentinin mətbuat katibi BMT qətnaməsini uğur adlandırıb

Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın: "BMT-nin Fələstin qərarı böyük müvəffəqiyyətdir."

Bakı. Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın: "BMT-nin Fələstin qərarı böyük müvəffəqiyyətdir. Uzun sürən münaqişədə ədalətin bərqərar olunmasında böyük bir addımdır." Bu sözləri mətbuat katibi şəxsi Twitter səhifəsində paylaşıb. Xatırladaq ki, bir az öncə BMT Baş Assambleyası, İsrailin Qəzza Zolağında hərəkətlərini qınayan qərarı səs çoxluğu ilə qəbul etdi.