Vidadi Bərdəlinin xanımı: "Evimizdən narkotik maddə tapıblar"


Digərləri 13 İyn 2018 23:48:00 336 0

Vidadi Bərdəlinin xanımı: "Evimizdən narkotik maddə tapıblar"

Bildiyimiz ki, mərhum sənətkar Vidadi Bərdəlinin oğlu Tuncay Vəliyevin saxlanılma xəbərləri yayılıb. O, iyunun 7-də saat 3 radələrində Nəsimi rayonunun Ə.Topçubaşov küçəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşad Hüseynovu bıçaqla qətlə yetirməkdə günahlandırılır.

Son.az baku.ws-ə istinadən xəbər verir ki, Tuncayın anası Nahidə xanım açıqlamasında oğlunun saxlanılmadığını bildirib:

"Yazılanların hamısı boş şeydir. Mənim oğlum adam öldürməyib və saxlanılmayıb. Məsələ belə olub: uşağım yatdığı yerdə səs-küyə çıxdı. Hamı kimi o da hadisə yerinə yaxınlaşıb. Bütün şahidləri dindiriblər, eləcə də mənim oğlumu. Tuncayı 2 dəfə çağırıb izahatını alıb, buraxıblar. Yəni mənim oğlum həbs edilməyib.