Dağıstanda mikroavtobusla yük avtomobili toqquşub, ölənlər və yaralananlar var


Dünya 13 İyn 2018 22:40:00 299 0

Dağıstanda mikroavtobusla yük avtomobili toqquşub, ölənlər və yaralananlar var

Dağıstanın Qarabudaqkənd rayonunda ağır yol qəzası baş verib.

Son.az APA-ya istinadən bildirir ki, mikroavtobus və yük maşınının toqquşması nəticəsində 2 nəfər ölüb, 13 nəfər xəsarət alıb.  

Xəsarət alanlardan 3-ü uşaqdır. Onlardan birinin vəziyyəti ağır kimi qiymətləndirilir.