Alimlər: Beyindəki toksik zülal...


Digərləri 13 İyn 2018 22:26:00 364 0

Alimlər: Beyindəki toksik zülal...

Əvvəlki tədqiqatlar Altsheymer xəstəliyinin səbəbinin beyində yığılan beta-amiloid zülalının olduğunu göstərmişdi. Hesab edilirdi ki, bu zülal əsəb hüceyrələrini öldürür və başqa zülaldan toksik yumaqlar formalaşdırır. "The Daily Mail" xəbər verir ki, Kvinslend Universitetinin alimləri bunu təkzib edirlər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, tədqiqatçılar Daun sindromu olan insanların gövdə hüceyrələrində eksperiment aparıblar. Onların bir çoxunda Altsheymer xəstəliyi erkən mərhələdə inkişaf edir. Alimlər CRISPR genomunu redaktə edən texnologiyanın köməyi ilə gövdə hüceyrələrində beta-amiloidin sələfi olan zülalın səviyyəsini dəyişiblər. Mütəxəssislər aşkar ediblər ki, neyronların məhv olmasında və neyrofibrilyar yumaqların yaranmasında beta-amiloid zülalı həlledici rola malik deyil.