Pakistandan Azərbaycana MANQO təklifi


Digərləri 13 İyn 2018 22:12:00 318 0

Pakistandan Azərbaycana MANQO təklifi

Pakistan Azərbaycanın neft sahəsində ekspert xidmətlərindən yararlana bilər.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Pakistanın Ravalpindi şəhərinin Ticarət-Sənaye Palatasının prezidenti Zahid Lətif deyib.

Palata rəhbəri bildirib ki, Azərbaycan Pakistan üçün hər zaman dost ölkə hesab olunub və onu həmişə dəstəkləyib:

"İki ölkənin əməkdaşlıq edə biləcəyi bir çox sahələr var. Buna misal olaraq əczaçılıq, turizm və ya Pakistandan Azərbaycana manqo və düyü tədarükünü göstərmək olar. Həmçinin Azərbaycanda Pakistan restoranları və hotellərinin açılışı üçün imkan var".