Azərbaycanda avtomobil ana və 3 uşağını vuraraq ağır xəsarət yetirib


Digərləri 13 İyn 2018 21:54:18 287 0

Azərbaycanda avtomobil ana və 3 uşağını vuraraq ağır xəsarət yetirib

Mingəçevirdə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az report.az-a istinadən bildirir ki, hadisə şəhərin Kür çayı üzərindən keçən körpüsü üzərində baş verib.

"VAZ-2101" markalı avtomobil ananı və 3 azyaşlı övladını vuraraq ağır xəsarət yetirib. Yaralılar hadisəni törədən sürücü və digər şəxslər tərəfindən xəstəxanaya yerləşdirilib.