Allergik göz xəstəliklərinin sayı artıb


Digərləri 13 İyn 2018 21:40:00 258 0

Allergik göz xəstəliklərinin sayı artıb

Hazırda gözlərin zədələnməsi ilə gedən allergik xəstəliklərin sayının artmasında nəzərəçarpacaq dərəcədə artım qeyd edilir.

Son.az bildirir ki, bunu Trend-ə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi təşkilati bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva bildirib.

Y.Abdiyevanın sözlərinə görə, allergik xəstəliklərin sırasına allergik konyunktivitlər, allergik keratokonyunktivitlər və pollinozu olan pasientlərdə gözlərin mövsümi zədələnməsi daxildir.

Y.Abdiyeva deyib ki, allergik xəstəliklər arasında allergik konyunktivit rastgəlmə tezliyinə görə siyahıda birinci yerdə dayanır.

Mərkəzin bölmə rəhbəri əlavə edib ki, allergik konyunktivit gözün konyunktiva qişasının allergik iltihabi xəstəliyidir:

Y.Abdiyeva allergik konyunktivitin daha çox gənc yaşlı insanlarda rast gəlindiyini də söyləyib.

Həkimin sözlərinə görə, çox saylı tədqiqatlara əsasən, pasientlərin 20-40%-də allergik konyunktivitin simptomları digər allergik patologiyalarla rast gəlinir. Allergik konyunktivit zamanı gözlər toz dənəciklərinə, gül pulcuqlarına va başqa allergenlərə qarşı həssas olaraq qızarır, qaşınır və su axır: