Muğam müsabiqələri qaliblərinin konserti olub (FOTO)


Digərləri 13 İyn 2018 20:35:00 339 0

Muğam müsabiqələri qaliblərinin konserti olub (FOTO)

Beynəlxalq Muğam Mərkəzinin “Muğamat var olan yerdə” adlı layihəsi davam edir.

Bakı. Beynəlxalq Muğam Mərkəzinin “Muğamat var olan yerdə” adlı layihəsi davam edir. Trend-in məlumatına görə, iyunun 11-də Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının “Muğamat var olan yerdə” adlı birgə layihəsi çərçivəsində növbəti konserti keçirilib. Layihə çərçivəsində televiziya muğam müsabiqələrinin qalibləri Səbinə Ərəbli, Almaxanım Əhmədli və Pərviz Qasımov öz proqramları ilə çıxış ediblər. Konsertə Azərbaycan Televiziya və Radiosunun Əhsən Dadaşov adına “Xatirə” xalq çalğı alətləri ansamblı “Mahur” rənginin ifası ilə başlayıb. Ansamblın bədii rəhbəri, Xalq artisti Adil Bağırovdur. Xanəndələr Könül Məmmədli və Elgiz Əliyevin ifasında xalq və bəstəkar mahıları səslənib. Yadda qalan ifalardan biri də Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından görüş səhnəsi olub ki,onu da K.Məmmədli və E.Əliyev birlikdə duet şəklində ifa ediblər.