Xalq artisti Hacıağa Abbasovun 130 illik yubileyi keçirilib (FOTO)


Digərləri 13 İyn 2018 20:06:00 284 0

Xalq artisti Hacıağa Abbasovun 130 illik yubileyi keçirilib (FOTO)

Hacıağa Abbasovun 130 illik yubiley tədbiri keçirilib.

Bakı. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə H.Abbasov adına Mədəniyyət Mərkəzində Azərbaycanın görkəmli səhnə ustası, aktyor, dramaturq, xalq artisti Hacıağa Abbasovun 130 illik yubiley tədbiri keçirilib. Tədbirdə Bakı şəhər Mədəniyyət Baş İdarəsinin aparıcı məsləhətçisi Vüsal Həsənov, Sabunçu Rayon İcra Hakimiyyətinin ictimai siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Ceyhun Abbasov, xalq artistləri Hacı İsmayılov, Rafiq Əzimov, əməkdar artist Əli Nur, H.Abbasovun nəvəsi Elşanə Kərimbəyova, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak ediblər. Tədbirdə ilk çıxış H.Abbasov Mədəniyyət Mərkəzinin "İstedad" xalq çalğı alətləri ansamblının üzvü Mircəlal Babayevin ifası olub. Daha sonra görkəmli sənətkarın həyat və yaradıcılığını əks etdirən video çarxlar nümayiş olunub.