Türkiyəli hakim dünya çempionatının oyununa təyinat alıb


Digərləri 13 İyn 2018 19:47:45 181 0

Türkiyəli hakim dünya çempionatının oyununa təyinat alıb

İyunun 15-də üç qarşılaşma baş tutacaq

Rusiyada keçiriləcək dünya çempionatında növbəti üç oyunun hakim təyinatları açıqlanıb.

"Report"un məlumatına görə, A qrupunda baş tutacaq Misir-Uruqvay matçı hollandiyalı hakimlər briqadasına tapşırılıb. Oyunun baş hakimi Byorn Kyupers olacaq. Ona Sander Van Rokel və Ervin Zeynstra kömək edəcək.

B qrupunda baş tutacaq Portuqaliya-İspaniya qarşılaşmasını isə italiyalı hakimlər idarə edəcək. Matçın baş hakimi Canluka Rokki, köməkçiləri isə Elenito di Liveratore və Mauro Tonoliniolacaq.

B qrupunun digər oyunu - Mərakeş-İran görüşü türkiyəli hakimlər briqadasına həvalə olunub. Qarşılaşmanın baş hakimi Cüneyt Çakır olacaq. Yan xətt hakimi funksiyasını isə Bahattin Duran və Tarık Orgun yerinə yetirəcək.

Qeyd edək ki, hər üç qarşılaşma iyunun 15-i baş tutacaq.Misir-Uruqvay görüşü Bakı vaxtı ilə saat16:00-da, Portuqaliya-İspaniya saat 22:00-da, Mərakeş-İran görüşü isə saat 19:00-da başlanacaq.