Bolqarıstandan SOCARa təklif


Digərləri 13 İyn 2018 19:44:10 305 0

Bolqarıstandan SOCARa təklif

Bolqarıstan ölkənin qazpaylayıcı şəbəkəsinə Azərbaycan investisiyalarında maraqlıdır.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Bolqarıstan Energetika Nazirliyindən bildiriblər.

Qurumdan deyilib ki, Bolqarıstanın qazpaylayıcı şəbəkəsinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) investisiyaları hər iki tərəf üçün səmərəli olardı: "Çünki IGB interkonnektoruna Azərbaycan qazı daxil olacaq".

Qeyd olunub ki, Bolqarıstan əhalisinin yalnız 3-4 faizi təbii qazdan istifadə edir.