Bolqarıstandan SOCAR-a təklif


Digərləri 13 İyn 2018 19:34:00 278 0

Bolqarıstandan SOCAR-a təklif

Bolqarıstan ölkənin qazpaylayıcı şəbəkəsinə Azərbaycan investisiyalarında maraqlıdır.

Bakı. İlkin Şəfiyev - Bolqarıstan ölkənin qazpaylayıcı şəbəkəsinə Azərbaycan investisiyalarında maraqlıdır. Bu barədə Trend-ə Bolqarıstan Energetika Nazirliyindən bildiriblər. Qurumdan deyilib ki, Bolqarıstanın qazpaylayıcı şəbəkəsinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) investisiyaları hər iki tərəf üçün səmərəli olardı: "Çünki IGB interkonnektoruna Azərbaycan qazı daxil olacaq".