Nazir müavini: ""Cənub Qaz Dəhlizi" bütün CənubŞərqi Avropa üçün strateji əhəmiyyət daşıyacaq" FOTO


Digərləri 13 İyn 2018 19:06:00 305 0

Nazir müavini: ""Cənub Qaz Dəhlizi" bütün CənubŞərqi Avropa üçün strateji əhəmiyyət daşıyacaq"  FOTO

"Cənub Qaz Dəhlizi" bütün Cənub-Şərqi Avropa üçün strateji əhəmiyyət daşıyacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın energetika nazirinin müavini Samir Vəliyev deyib.

O bildirib ki, "Cənub Qaz Dəhlizi" layihəsi Avropanın enerji təhlükəsizliyinə Azərbaycanın verdiyi böyük töhfə və nailiyyətdir:

"Avropanın enerji təhlükəsizliyinin şaxələndirilməsi üzrə bu qlobal layihə artıq reallığa çevrilib. Mayın 29-u Bakıda "Cənub Qaz Dəhlizi"nin birinci mərhələsinin açılışı və dünən Əskişəhərdə TANAP-ın ın açılışı ən yüksək səviyyədə keçirilib. Azərbaycanın təşəbbüsü və liderliyi ilə reallaşdırılan bu layihə ölkənin nüfuzunu nümayiş etdirir".