Bakı Dövlət Universitetində Milli Qurtuluş Günü qeyd edilib (FOTO)


Digərləri 13 İyn 2018 18:53:24 290 0

Bakı Dövlət Universitetində Milli Qurtuluş Günü qeyd edilib (FOTO)

Bakı Dövlət Universitetinin (BDU) Heydər Əliyev Mərkəzində 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib.

Bakı. Bakı Dövlət Universitetinin (BDU) Heydər Əliyev Mərkəzində 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib. Universitetdən Trend-ə verilən məlumata görə, tədbirdən əvvəl BDU-nun foyesində ümummilli lider Heydər Əliyevin büstü qarşısına əklil və gül dəstələri qoyulub, xatirəsi ehtiramla anılıb. Universitetin professor-müəllim heyətinin iştirak etdiyi tədbirdə rektor, akademik Abel Məhərrəmov giriş sözü ilə çıxış edərək 1993-cü ilin iyununda ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışının önəmindən, ölkənin vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas edilməsindən, vətəndaş cəmiyyətinin formalaşması istiqamətində həyata keçirilən uğurlu islahatlardan bəhs edib. Rektor həmin dövrdə qısa zaman kəsiyində siyasi-iqtisadi stabilliyi təmin edən ulu öndərin Azərbaycanda elm və təhsilin hamisinə çevrildiyini, Prezident İlham Əliyevin bu siyasətin layiqli davamçısı olduğunu qeyd edib.