Parisdə 2025ci il Ümumdünya Ekspo sərgisinə ev sahibliyinə Bakının namizədliyi üzrə təqdimat keçirilib FOTO


Digərləri 13 İyn 2018 18:32:00 268 0

Parisdə 2025ci il Ümumdünya Ekspo sərgisinə ev sahibliyinə Bakının namizədliyi üzrə təqdimat keçirilib  FOTO

Bu gün Parisdə Beynəlxalq Sərgilər Bürosunun (BSB) Baş Assambleyasının 163-cü sessiyasında təşkilatın üzv dövlətləri qarşısında 2025-ci ildə Ümumdünya Ekspo sərgisinə ev sahibliyinə Bakı şəhərinin namizədliyi üzrə Azərbaycan Respublikasının təqdimatı dinlənilib.

Son.az xəbər verir ki, "Ekspo 2025 Bakı" Əməliyyat Katibliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinə Baş nazir Novruz Məmmədov rəhbərlik edib.

Təqdimatda aşağıdakılar xüsusi vurğulanıb:

- əhalinin tam dəstək verdiyi, ölkə gənclərinin isə böyük ruh yüksəkliyi ilə maraq göstərdikləri təşəbbüslə bağlı Bakının doğru zamanda doğru məkan olmasını vurğulamaqla, Ekspo 2025 ümumdünya sərgisinə ev sahibliyinə hazır olması; - Ekspo 2025 Ümumdünya sərgisi üçün Bakının təklif etdiyi layihənin əhatəli və ümumbəşəri mahiyyəti daşıdığını vurğulamaqla, inkişaf etməkdə olan ölkələrin iştirakının təmin edilməsinin xüsusi əhəmiyyətinin diqqətə çatdırılması; - Ümumdünya Ekspo sərgisi üçün hazırlanan baş plan Bakı şəhərinin şərq istiqamətində genişlənməsi ilə bağlı nəzərdə tutulan abadlıq işlərinin bir hissəini təşkil edir; - Layihənin inandırıcı mövzusu - "İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq" - səhiyyə, təhsil və məşğulluğu əhatə etməklə bütün ölkələr, bütün mədəniyyətlər və insanlar üçün maraq kəsb edir.

BSB Baş Assambleyasının növbəti sessiyası 2018-ci ilin noyabr ayında keçiriləcək. Bu sessiyada BSB-yə üzv dövlətlərin nümayəndələri gizli səsvermə yolu ilə 2025-ci ildə Ümumdünya sərgisinə ev sahibliyi edəcək şəhəri müəyyən edəcəklər.


Xəbərə aid fotolar