Hərbi ekspert: “Paradda nümayiş etdiriləcək silah və hərbi texnikalar erməniləri daha da qorxuya salacaq”


Digərləri 13 İyn 2018 18:20:00 233 0

Hərbi ekspert: “Paradda nümayiş etdiriləcək silah və hərbi texnikalar erməniləri daha da qorxuya salacaq”

"Azərbaycan hazırda sahib olduğu silah və hərbi texnikalarla Ermənistanı məhv etməyə qadirdir".

Son.az xəbər verir ki, bunu report-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

Onun sözlərinə görə, Azərbaycan ordusunun arsenalında müasir silah və hərbi texnika var. Hərbi ekspert hesab edir ki, bunun sayəsində Ermənistanın işğalı altında olan torpaqları istənilən vaxt düşməndən təmizləmək mümkündür.