İordaniyanı etirazlar bürüdü


Dünya 13 İyn 2018 18:05:38 278 0

İordaniyanı etirazlar bürüdü

İordaniyada müqəddəs Ramazan ayı etiraz aksiyaları ilə müşayiət olunub.

Son.az Trend-ə istinadən xəbər verir ki, paytaxt Ammanda və digər şəhərlərdə sakinlər hökumətin vergiləri artırmaq təklifinə etiraz edir.

Qeyd olunur ki, təklifə əsasən hüquqi şəxslər üçün gəlir vergisi 40 faiz, fiziki şəxslər üçün 5 faiz artırılacaq. Bundan başqa, ölkədə çörək və ərzaq qiymətləri iki dəfəyədək, elektrik enerjisi 55 faizədək bahalaşıb.