Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib FOTO


Digərləri 13 İyn 2018 17:32:00 271 0

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib  FOTO

Bu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib.

Son.az xəbər verir ki, toplantını açan MŞ sədrinin müavini, komissiya sədri Müşfiq Ələsgərli gündəlikdəki məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib.

Öncə Beyləqan rayon Təhsil Şöbəsinin bir qrup əməkdaşının "cianews.info"  saytına qarşı şikayətinə baxılıb. Komissiya üzvləri rəyə gəliblər ki, məsələnin daha detallı araşdırılmasına ehtiyac var. Belə ki, "cianews.info" xəbər saytı  özü faktiki fəaliyyət göstərsə də, üzərində əlaqə nömrələri, rekvizitləri yoxdur. Bu isə KİV haqqında qanunvericiliyə ziddir.  Bu sayt ilə əlaqədar digər məqamlar da nəzərdən keçiriləcək.

Gündəlikdəki ikinci məsələ "Uşaq və Tələbə Gənclər Dünyası" İctimai Birliyinin sədri Bəxtimşah Tağıyevanın bir qrup saytlara  qarşı müraciəti olub. Komissiya üzvləri rəyə gəliblər ki, şikayətçi tərəf öz şikayətini əsaslandırmaq üçün yetərli arqument gətirə bilməyib. Belə ki, xəbər saytları onun cəmiyyətdə narazılıq doğuran və inanclı insanların təhqiri kimi qarşılanan açıqlamasını faktiki olaraq ictimaiyyət üçün açıq etdiyi çıxışına istinadla yayıblar. Həmçinin, sonradan, onun üzrxahlığını da dərc ediblər. Bu baxımdan KİV-lər məsələyə görə məsuliyyət daşımırlar. 


Xəbərə aid fotolar