Ağcabədidə 18 km-lik yol yenidən qurulur (FOTO/VİDEO)


Digərləri 13 İyn 2018 17:30:04 244 0

Ağcabədidə 18 km-lik yol yenidən qurulur (FOTO/VİDEO)

Ağcabədi rayonunda Hacıbədəlli-Pərioğulları-Təzəkənd avtomobil yolu əsaslı şəkildə yenidən qurulur.

Bakı. Ağcabədi rayonunda Hacıbədəlli-Pərioğulları-Təzəkənd avtomobil yolu əsaslı şəkildə yenidən qurulur. Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, uzunluğu 18 km olan yol respublika əhəmiyyətli R33 Ağdam-Hindarx-Ağcabədi və R18 Mingəçevir-Bəhrəmtəpə yolları ilə birləşir. Məhz bu üzdən yolun əsaslı şəkildə bərpası yol boyu 3 yaşayış məntəqəsində yaşayan 8 min əhalinin sevincinə səbəb olub. Layihəyə uyğun olaraq yol V texniki dərəcədən IV texniki dərəcəyə uyğun təkmilləşdirilib. Bu işlər çərçivəsində əraziyə lazımi miqdarda xüsusi çınqıl materialı, həmçinin optimal-qırmadaş qarışığıdaşınmaqla yol yatağının genişləndirilməsi ilə tikintisi, texnoloji ardıcıllığa uyğun olaraq isə yol əsasının salınması işləri aparılıb. Bu işlərə paralel olaraq suların ötürülməsi üçün 36 ədəd müxtəlif diametrli dəmir-beton boruların tikintisi və 1 nöqtədə zəruri olan 16 metr uzunluğunda suötürücü keçidin inşası işləri də aparılıb.