Vladimir Putin: Rusiya-Azərbaycan münasibətləri çox uğurla inkişaf edir


Digərləri 13 İyn 2018 17:11:00 275 0

Vladimir Putin: Rusiya-Azərbaycan münasibətləri çox uğurla inkişaf edir

Rusiya-Azərbaycan münasibətləri çox uğurla inkişaf edir.

Bakı. Rusiya-Azərbaycan münasibətləri çox uğurla inkişaf edir. Trend-in məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin Moskvada Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib. V.Putin dövlətimizin başçısını salamlayaraq bildirib: "Hörmətli İlham Heydər oğlu, Sizi görməyimə çox şadam. Xoş gəlmisiniz. Ümidvaram ki, Moskvada vaxtınızı səmərəli və maraqlı keçirəcəksiniz. Ona görə maraqlı keçirəcəksiniz ki, oyun gözəl olacaq. Ona görə səmərəli keçirəcəksiniz ki, çoxsaylı ölkələrdən çoxlu həmkarlarımız gəlib, hamı ilə söhbət etmək, görüşmək, kiminləsə tanış olmaq imkanı var. MDB üzrə ən yaxın həmkarlarımızla cari məsələlər barəsində informasiya mübadiləsi aparmaq da mümkün olacaq. Bizim ikitərəfli münasibətlərimizə gəldikdə isə, avqustun 30-da Sizin Rusiyaya səfərinizin gedişində həmin münasibətləri hərtərəfli və dərindən müzakirə edəcək, bununla məşğul olacağıq. O vaxta qədər isə həmkarlarımız işləyəcək və Sizin Rusiyaya səfərinizi hazırlayacaqlar. Lakin artıq indidən demək olar ki, bizim münasibətlərimiz inkişaf edir, özü də çox uğurla inkişaf edir. Ötən il ərzində bizdə əmtəə dövriyyəsinin artımı 34,4 faiz, bu ilin birinci rübü ərzində isə daha 19 faizə yaxın olub. Yəni, bu, çox yaxşı artım tempidir və biz bunu dəstəkləməliyik". Rusiya Prezidenti qeyd edib ki, siyasi məsələlərə gəlincə, burada da vəziyyət sabitdir: "Parlamentlərin, ictimai təşkilatların xətti ilə daim əlaqə saxlanılır, humanitar əlaqələr inkişaf edir. Sizi görməyimə çox şadam. Xoş gəlmisiniz!" Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin