Arif Alışanova sui-qəsdlə bağlı məhkəmədə şahid ondan ov tüfəngi istəyənin adını açıqladı


Digərləri 13 İyn 2018 17:07:23 237 0

Arif Alışanova sui-qəsdlə bağlı məhkəmədə şahid ondan ov tüfəngi istəyənin adını açıqladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanova qarşı sui-qəsdə cəhddə təqsirləndirilən Şücayət Əkbərov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Bakı. Samir Əli - Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanova qarşı sui-qəsdə cəhddə təqsirləndirilən Şücayət Əkbərov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Ş. Əkbərovun keçmiş həyat yoldaşı Səlimə Sadıqova şahid qismində dindirilib. Şahid bildirib ki, Ş. Əkbərovdan 2013-cü ildə ayrılıb və hazırda təsərrüfatları da ayrıdır. Şahid digər təqsirləndirilən Z.Şirinovun daha əvvəl onların evlərinə gəlib-getdiyini bildirib və keçmiş həyat yoldaşına öz adından etibarnamə vermədiyini deyib. Daha sonra şahid qismində ifadə verən Ələkbər Əliyev bildirib ki, ov tüfəngini Ş.Əkbərovun evinə qoyub. Şahidin istintaqa verdiyi ifadəsinin məhkəmədə elan olunması zamanı isə məlum olub ki, ov tüfəngini ondan Ş.Əkbərov istəyib.