Muraddan Mətanətin şok ittihamlarına cavab


Şou-biznes 13 İyn 2018 16:53:00 282 0

Muraddan Mətanətin şok ittihamlarına cavab

Aparıcı Mətanət Əliverdiyevanın "Maşın" şou ilə bağlı ittihamları səs-küyə səbəb olub.

Son.az axşam.az-a istinadən xəbər verir ki, aparıcının öz çalışdığı kanalda yayımlanan bir şounu saxtakarlıqda ittiham etməsi hər kəsi şok edib. Xalq artisti, şounun layihə rəhbəri və aparıcısı M.Dadaşov veriliş zamanı üstüörtülü məsələyə aydınlıq gətirib:

""Maşın" haqqında orada-burada çoxlu söz-söhbətlər dolaşır. Bu illər ərzində "Maşın"ın bir vacib cəhəti var ki, oyun, həqiqətən də, ədalətlidir. Əgər oyun ədalətli olmasaydı, 16 sürət və hər sürətdə 18 nəfər iştirakçı toplanmazdı. Özü də onların hər biri həyatda uğur qazanmış və özünə hörmət edən tanınmış simalardır. Oyun ədalətsiz getsəydi, hər hansı pozuntular baş versəydi, heç kim ikinci dəfə buraya gəlməzdi. Heç kim oyunu özündən artıq hesab etmir. Murad Dadaşovun hörməti və dəvəti öz yerindədir. Amma heç kim Murad Dadaşovu belə özündən artıq hesab etmir. Hamı özünə arxayındır".