Kamandan oxatma üzrə ölkə çempionatı keçirilib (FOTO)


Digərləri 13 İyn 2018 16:45:00 301 0

Kamandan oxatma üzrə ölkə çempionatı keçirilib (FOTO)

Azərbaycan Kamandan Oxatma Federasiyasının (ARKOF) təşkilatçılığı ilə Bakıda oxatma üzrə ölkə çempionatı keçirilib.

Bakı. Azərbaycan Kamandan Oxatma Federasiyasının (ARKOF) təşkilatçılığı ilə Bakıda oxatma üzrə ölkə çempionatı keçirilib. “AS Qrup İnvestment” şirkətlər qrupundan Trend-ə verilən məlumata görə, Hövsan Olimpiya Kompleksində təşkil olunan birincilikdə 3 yaş kateqoriyası üzrə qızlar və oğlan idmançılar yarışıb. Açıq havada keçirilən və iki gün davam edən çempionat gərgin və maraqlı mübarizə ilə müşaiyət olunub.