"Xəzəryanı ölkələrin dövlət başçılarının sammiti avqustun birinci yarısına nəzərdə tutulub"


Siyasət 13 İyn 2018 16:33:00 304 0

"Xəzəryanı ölkələrin dövlət başçılarının sammiti avqustun birinci yarısına nəzərdə tutulub"

Xəzəryanı ölkələrin dövlət başçılarının sammitinin tarixi ilə bağlı təklif var, lakin bunu ilk növbədə ev sahibi olan ölkə elan etməlidir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

X.Xələfov bildirib ki, sammit avqustun birinci yarısına nəzərdə tutulub: "Ona qədər işçi görüşləri nəzərdə tutulub. Ən azı, bir işçi görüşü olacaq. Xarici işlər nazirlərinin görüşü isə ola bilər ki, tədbirdən bir gün öncə olsun".

Nazir müavini qeyd edib ki, Xəzərin hüquqi statusu ilə bağlı konvensiyanın mətni razılaşdırılıb. Onun sözlərinə görə, hazırda ölkələr sənədin imzalanması üçün ölkədaxili prosedurları keçirlər:

"Biz də ümid edirik ki, sammit zamanı konvensiya imzalana bilər. İkili görüşlərə dair məsələlər də prosesdədir, təmaslar var, görüşlər keçirilir, məsləhətləşmələr aparılır, konkret nə zaman başa çatacağını isə söyləmək çətindir. Bu, konvensiya ilə paralel aparılır. Yəni konvensiyadan asılı deyil, ayrıca danışıqlar formatıdır".