Nazirlikdən Bayılla bağlı SON RƏY:


Digərləri 13 İyn 2018 16:28:00 271 0

Nazirlikdən Bayılla bağlı SON RƏY:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bayıl yamacının sağ tərəfində - Teleqüllənin yaxınlığındakı ərazidə baş verən sürüşmənin səbəblərinin öyrənilməsi üçün apardığı tədqiqatların nəticələri ilə bağlı hesabatı artıq hazırdır.

Son.az xəbər verir ki, bunu Trend-ə ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

Onun sözlərinə görə, hesabat yaxın günlərdə Nazirlər Kabinetinə təqdim ediləcək. Hesabatda Teleqüllənn yaxınlığındakı sürüşmə prosesinin baş verməsinin əsas səbəbinin həm təbii amillərlə - atmosfer yağıntıları ilə, həm də texnogen amillərlə - yamacın insanlar tərəfindən şaquli kəsilməsi, insanların həmin ərazidə məskunlaşması ilə bağlı olduğu qeyd edilib.

Nazirlik rəsmisi əlavə edib ki, həmin səbəblər Bayıl yamacının dayanıqlığının itməsinə səbəb olub:

"Bu ərazidə əsasən qumlar üstünlük təşkil edir və onlar da çökməyə, yuyulmaya həssas süxurlar olduğundan ərazidə sürüşmə prosesi baş verib. Gələcəkdə bu ərazidə təbii və texnogen amillərin təsirindən sürüşmə prosesinin təkrarlanması qaçılmaz deyil".