Balaca şahzadə mərasimin ulduzuna çevrildi VİDEO FOTO


Digərləri 13 İyn 2018 16:10:00 351 0

Balaca şahzadə mərasimin ulduzuna çevrildi  VİDEO  FOTO

İsveçin paytaxtı Stokholmda taxt-tacın ən kiçik varisi olan 3 aylıq Edriennin xaç suyuna salınma (vəftiz) mərasimi keçirilib.

Son.az European-a istinadən bildirir ki, 35 yaşlı şahzadə Madlenlə onun əri, 43 yaşlı Kris O-Nillin övladının vəftizi Drottninqholm Sarayındakı Kral Kapellasında olub.

Mərasimdə İsveç kralı Karl Qustav, kraliça Sofiya, şahzadə Karl Filipp, şahzadə Viktoriya və kral ailəsinin digər mənsubları iştirak ediblər.

Balacan Edriennin qardaşı Nikolas Paul Qustav və bacısı, şahzadə Leonor Lillian Mariya da mərasimdə idilər.

Edrien qohumları - şahzadələr Estel, Oskar, Aleksandr, Qebrielin vəftizində geyindirildikləri paltara bənzəyən libasda idi.

İsveç taxtına sayca 10-cu iddialı sayılan şahzadə Edriennin üç xaç atası və üç xaç anası var.


Xəbərə aid fotolar