Rusiya OPEK+ sazişini tərk edir?


Dünya 13 İyn 2018 16:15:00 260 0

Rusiya OPEK+ sazişini tərk edir?

Rusiya Prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd ben Salmanla sabah baş tutacaq görüşdə OPEK+ məsələsini müzakirə etməyi planlaşdırır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu rusiyalı prezidentin mətbuat köməkçisi Dmitriy Peskov təsdiqləyib. Bununla belə mətbuat köməkçisinin sözlərinə görə, təşkilatı tərk etmək məsələsinin müzakirəsi gündəmdə deyil.