İşğalda olan torpaqlarımızın adlarını şadlıq saraylarına vermək düzgündürmü? VİDEO FOTO


Digərləri 13 İyn 2018 16:01:00 287 0

İşğalda olan torpaqlarımızın adlarını şadlıq saraylarına vermək düzgündürmü?  VİDEO  FOTO

ARB TV-nin "Günə doğru" verilişində işğal altında olan torpaqlarımızın adlarının şadlıq saraylarına verilməsi haqda süjet efirə gedib.

Azər Badamov - Millət vəkili: "Bəzi kafe və restoranlarda, avtoyumalarda işğal altında olan torpaqlarımızın adına rast gəlmək olur. Düzgün saymıram. Çünki ad qoyan zaman onu düşünmək lazımdır".

Millət vəkilləri tarixi Azərbaycan torpaqları və işğal altında olan rayonların adlarının ucuzlaşdırılmasını düzgün saymırlar. Deputatlar həmin torpaqların və məkanların adlarının ucuz tutulmasından gileylənir. Cəmiyyətdə də buna münasibət birmənalı deyil. 

Bəs o obyektlər hansılardır? Yolkənarı kafelər, məhəlləiçi kiçik çayxanalar, primitiv xidmət göstərən bu kimi iaşə obyeklərinə Qarabağ, Ağdam, Şuşa kimi adların qoyulmasını bəzi vətəndaşlar yerlərə qarşı hörmətsizlik kimi də qəbul edir.

Ekspertlər, eləcə də ziyalılar tarixi torpaqlarımızın adlarının verilməli olduğu xidmət sahələri ilə bağlı təbliğat aparılmasını vacib sayır. Onların fikrincə, xidmət keyfiyyəti pis vəziyyətdə olan kafe və çayxanalara belə adların qoyulmasına imkan verilməməlidir.


Xəbərə aid foto