Türkiyə millisinin sabiq üzvləri 22 ilədək həbs cəzası ala bilər


İdman 13 İyn 2018 16:05:00 310 0

Türkiyə millisinin sabiq üzvləri 22 ilədək həbs cəzası ala bilər

Türkiyə futbolunda FETÖ terror təşkilatı ilə bağlı araşdırma yekunlaşıb. Bu qruplaşma ilə əlaqədə "ay ulduzlular"ın sabiq futbolçuları Bekir İrtegün, Zafer Biryol, Uğur Boral, Ömer Çatkıç, Ersin Güreler və İsmail Şengün şübhəli bilinirdi. Goal.az xəbər verir ki, adları çəkilən futbolçulara terrora dəstək maddəsi ilə 15-22.5 il müddətinə həbs cəzası istənilib. Fenerbahçe-nin eks futbolçusu Bekir İrtegün telefonunda gizli mesajlaşma proqramı "ByLock" istifadə etdiyini, Fetullah Gülenlə 2007-ci ildə tanış olduğunu etiraf edib. O qeyd edib ki, 11 il ərzində  FETÖ-nün bəzi yığıncaqları şəxsi mənzilində keçirilib. "ByLock" istifadə etməsinə cavab olaraq: "Dini mesajlar gəlirdi. Bu proqrama görə haqqımda cinayət işi açılacağını güman etmirdim" - deyib.