Polis "Son zəng"lə bağlı sürücü və piyadalara


Digərləri 13 İyn 2018 15:22:00 267 0

Polis "Son zəng"lə bağlı sürücü və piyadalara

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi növbəti təhsil ilinin başa çatması ilə əlaqədar vətəndaşlara müraciət edib.

Son.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə bildirib ki, bu münasibətlə orta məktəblərdə keçirilən "son zəng" tədbirləri ilə bağlı təhlükəsizliyin təmin edilməsi məqsədilə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları gücləndirilmiş iş rejiminə keçəcək:

"Məlumdur ki, həmin gün məktəblərdə bayram tədbirləri keçiriləcək. Buna görə də, vətəndaşlara müraciət edirik ki, təhlükəsizliyin təmin edilməsi ilə bağlı son dərəcə diqqətli olsunlar. Xüsusilə məzunlara, sürücülük vəsiqəsi olmadan avtomobillərin idarə edilməsi ilə bağlı sürücülər unutmasınlar ki, inzibati xəta tərkibi yarana bilər. Unutmasınlar ki, hər an yol qəzaları törədilə bilər. Həmin gün təhsil müəssisələrinin yerləşdiyi ərazilərdəki küçə və yollarda nəzarət gücləndiriləcək və yol polisi əməkdaşları gücləndirilmiş rejimdə xidmət aparacaqlar".