Ramazan bayramında enerji təchizatı ilə bağlı əlavə tədbirlər görülür


Digərləri 13 İyn 2018 15:15:00 304 0

Ramazan bayramında enerji təchizatı ilə bağlı əlavə tədbirlər görülür

Ramazan bayramı ilə əlaqədar qeyri-iş günləri enerji istehlakçılarının, habelə bayram tədbirlərinin keçirildiyi yerlərin fasiləsiz enerji təchizatının təmin olunması məqsədilə texniki və təşkilatı tədbirlər görülərək "Azərişıq" ASC-nin Mərkəzi Aparatı və RETSİ (SS)-lər üzrə məsul vəzifəli şəxslərdən ibarət növbətçilik təşkil edilib, habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması üçün zəruri tədbirlər görülüb. 

ASC-dən Son.az-a verilən məlumata görə, elektrik şəbəkələrinin normal iş rejimi təmin olunmaqla bayram günlərində RETSİ-lər və rayon (şəhər) Elektrik Şəbəkələri üzrə növbətçilik təşkil edilib,  sui-istifadə hallarının qarşısının alınması üçün nəzarət gücləndirilib, elektrik  şəbəkələrinin  mal-material ehtiyacının ödənilməsi üçün zəruri tədbirlər görülüb.