Bilik Fondu Milli Qurtuluş Gününü qeyd edir (FOTO)


Digərləri 13 İyn 2018 14:51:58 250 0

Bilik Fondu Milli Qurtuluş Gününü qeyd edir (FOTO)

Azərbaycan Prezidenti yanında Bilik Fondu 15 iyun – Milli Qurtuluş Günü münasibəti ilə ölkənin müxtəlif bölgələrində bir sıra maarifləndirici tədbirlər təşkil edib.

Bakı. Azərbaycan Prezidenti yanında Bilik Fondu 15 iyun – Milli Qurtuluş Günü münasibəti ilə ölkənin müxtəlif bölgələrində bir sıra maarifləndirici tədbirlər təşkil edib. Fonddan Trend-ə verilən məlumata görə, Ağstafa Regional Bilik Evində, ertəsi gün isə Şəmkir Bilik Evində Bakı Dövlət Universitetinin dosenti Sevinc Əliyevanın "Milli Qurtuluş Günü dövlətçilik tariximizin şanlı səhifəsidir" mövzusunda mühazirəsi keçirilib. Ağstafa Regional Bilik Evinin müdiri Leyla İsayeva bildirib ki, 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruyaraq, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırıb və bununla da inkişafın təməlini qoyub. Ağstafa Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, Bilik Fondunun baş məsləhətçisi Almaz Axundova çıxış edərək bu günün önəmindən bəhs ediblər. Şəmkir Bilik Evində Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə söbəsinin baş məsləhətçisi Davud Süleymanov Ümummilli Liderin şəxsiyyətinin, onun özünəməxsus siyasi idarəetmə qabiliyyətinin, xarizması, qətiyyəti və uzaqgörənliyinin xalqımızı Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdirdiyini qeyd edib.