Kim Trampın qələmindən niyə imtina etdi? VİDEO FOTO


Digərləri 13 İyn 2018 14:46:36 266 0

Kim Trampın qələmindən niyə imtina etdi?  VİDEO  FOTO

ABŞ prezidenti Donald Tramp və Şimali Koreya Xalq-Demokratik Respublikasının lideri Kim Çen Inın Sinqapurdakı görüşünun sonucu olaraq yekun bəyannamənin imzalanma mərasimində maraqlı olay yaşanıb.

Son.az CBS-ə istinadən bildirir ki, Kim Çen In sammitin təşkilatçısı olan Sinqapur məmurlarının sənədin imzalanması üçün hazırladıqları qələmdən istifadə edib.

Anlaşmanın imzalanma anında Kim Çen Inın kiçik bacısı Kim Yo Çjon qəflətən qardaşına yaxınlaşıb və əlindəki diyircəkli qələmi ona verib.

Kim də masanın üstündəki qələmə əl vurmayıb, bacısının verdiyi qələmlə sənədi imzalayıb.


Xəbərə aid fotolar