Dünya çempionatının startına bir gün qalmış İspaniya yığmasının baş məşqçisi qovulub


Digərləri 13 İyn 2018 14:14:41 169 0

Dünya çempionatının startına bir gün qalmış İspaniya yığmasının baş məşqçisi qovulub

Bu barədə İspaniya Kral Futbol Federasiyasının prezidenti Luis Rubiales açıqlama verib

İspaniya milli komandasının baş məşqçisi Xulen Lopetegi dünya çempionatının startına bir gün qalmış tutduğu postdan qovulub.

"Report"un məlumatına görə, bu barədə İspaniya Kral Futbol Federasiyasının prezidenti Luis Rubiales açıqlama verib. Son dünya çempionları DÇ-2018-də ilk görüşünü iyunun 15-də Portuqaliyaya qarşı keçirəcək. Lopetegi yığmaya 2016-cı ildən rəhbərlik edirdi.

Qeyd edək ki, iyunun 12-də "Real Madrid" klubu yeni baş məşqçisininXulen Lopetegi olacağını açıqlayıb. 52 yaşlı mütəxəssislə3 illik müqavilə imzalanacaq.