İspaniya millisinin baş məşqçisi qovuldu - Çempionata 1 gün qalmış


Digərləri 13 İyn 2018 14:14:00 193 0

İspaniya millisinin baş məşqçisi qovuldu - Çempionata 1 gün qalmış

İspaniya Futbol Federasiyası dünya çempionatının başlamasına bir gün qalmış milli komandanın baş məşqçisi Xulen Lopetegini vəzifəsindən azad edib

Bakı. Orxan Nəbiyev - İspaniya Futbol Federasiyası dünya çempionatının başlamasına bir gün qalmış milli komandanın baş məşqçisi Xulen Lopetegini vəzifəsindən azad edib. Trend-in məlumatına görə, bu barədə Federasiya bəyanat yayıb. Qeyd olunur ki, bu addım X.Lopeteginin "Real" Madrid futbol klubuna baş məşqçi təyin olunması məlumatının yayılması ilə əlaqədar atılıb.