Gürcüstan XİN: “Biz Azərbaycan və Türkiyə ilə birlikdə TANAP-a fəal şəkildə qoşulmuşuq”


İqtisadiyyat 13 İyn 2018 14:04:00 291 0

Gürcüstan XİN: “Biz Azərbaycan və Türkiyə ilə birlikdə TANAP-a fəal şəkildə qoşulmuşuq”

Gürcüstan Xarici İşlər Nazirliyi TANAP-ın açılışı ilə bağlı bəyanat yayıb

Gürcüstan Azərbaycan və Türkiyə ilə birlikdə TANAP-a fəal şəkildə qoşulub.

“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin iyunun 12-də TANAP-ın açılışı ilə bağlı yaydığı bəyanatda vurğulanıb.

“Bu layihədə, o cümlədən Xəzərin enerji daşıyıcılarının Qərbə nəql edilməsində Gürcüstanın əhəmiyyətli rolu var”, - sənəddə qeyd olunub.

Xatırladaq ki, iyunun 12-də Türkiyənin Eskişehir şəhərində keçirilən TANAP-ın açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna Prezidenti Petro Poroşenko, Serbiya Prezidenti Aleksandr Vuçiç, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Mustafa Akıncı, rəsmi şəxslər, şirkətlərin rəhbərləri iştirak ediblər.