Azərbaycanda abituriyentlərlə bağlı maraqlı FAKTLAR - 2 ən yaşlı abituriyentin 71 yaşı olub


Digərləri 13 İyn 2018 14:08:35 229 0

Azərbaycanda abituriyentlərlə bağlı maraqlı FAKTLAR - 2 ən yaşlı abituriyentin 71 yaşı olub

Son 10 il ərzində Azərbaycanda yaşı 50-dən çox olan 155 abituriyent ali məktəbə qəbul olmaq üçün sənəd verib, onlar arasında ən yaşlı 2 nəfərin 71 yaşı olub.

Bakı. İlhamə İsabalayeva - Son 10 il ərzində Azərbaycanda yaşı 50-dən çox olan 155 abituriyent ali məktəbə qəbul olmaq üçün sənəd verib, onlar arasında ən yaşlı 2 nəfərin 71 yaşı olub. Dövlət İmtahan Mərkəzindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, 2009-cu ildə ali məktəbə qəbul olmaq üçün yaşı 50-dən çox olan 10 nəfər sənəd verib. Həmin ildə onlardan ən yaşlısının 59 yaşı (1950-ci il təvəllüdlü) olub. 2010-cu ildə 9 (ən yaşlısı 1939-cu il təvəllüdlü), 2011-ci ildə 13 (ən yaşlısı 1939-cu il təvəllüdlü), 2012-ci ildə 19 (ən yaşlısı 1955-ci il təvəllüdlü), 2013-cü ildə 13 (ən yaşlısı 1956-cı il təvəllüdlü), 2014-cü ildə 22 (ən yaşlısı 1956-cı il təvəllüdlü), 2015-ci ildə 19 (ən yaşlısı 1959-cu il təvəllüdlü), 2016-cı ildə 23 (ən yaşlısı 1958-ci il təvəllüdlü), 2017-ci ildə 16 (ən yaşlısı 1959-cu il təvəllüdlü), 2018-ci ildə 11 nəfər (ən yaşlısı 1960-cı il təvəllüdlü) yaşı 50-dən çox olan abituriyent ali məktəbə qəbul olmaq üçün sənəd verib. Son 10 ildə ali məktəbə sənəd verən 155 nəfər yaşlı abituriyentin yalnız 7-si ali məktəbə qəbul olub. 2009-cu ildə yaşı 50-dən çox olan 1, 2010-cu ildə 1, 2013-cü ildə 2, 2014-cü ildə 1, 2015-ci ildə 1, 2017-ci ildə 1 nəfər ali məktəbə qəbul ola bilib.