Müşfiqabadda ağır qəzada ölənlərin şəxsiyyəti müəyyənləşib


Digərləri 13 İyn 2018 13:41:00 293 0

Müşfiqabadda ağır qəzada ölənlərin şəxsiyyəti müəyyənləşib

DİN ötən gün Müşfiqabadda baş verən ağır qəza ilə bağlı məlumat yayıb.

Bakı. Samir Əli - DİN ötən gün Müşfiqabadda baş verən ağır qəza ilə bağlı məlumat yayıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, iyunun 12-si saat 6 radələrində Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində Sumqayıt şəhər sakini Taleh Ağayevin idarə etdiyi “KamAZ” və Xaçmaz rayon sakini Zahid Şahmuradovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.