"Xoşqədəm Hidayətqızı, məni intihara sövq etmə"


Şou-biznes 13 İyn 2018 12:50:00 320 0

"Xoşqədəm Hidayətqızı, məni intihara sövq etmə"

Şairə Nazilə Səfərli ilə aparıcı Xoşqədəm Hidayətqızı arasındakı qalmaqal daha da böyüyüb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, Nazilənin qardaşının keçmiş arvadı Pərvanə xanım "Səni axtarıram" verilişinə müraciət edərək qayınanasının və ərinin onun övladlarına baxmadığını, ev vermədiyini deyib. X.Hidayətqızı dəfələrlə verilişdə Naziləyə müraciət edərək, hər şeydə onu günahlandırıb.

N.Səfərli sosial şəbəkədə video paylaşaraq X.Hidayətqızını qınayıb:

"Xoşqədəm, sən kimsən? Məni ittiham edəcək insan sən deyilsən axı? Qardaşım arvad alıb, boşayıb, başqasını alıb, mənə nə. Ailədir, sabah mənim də ailəm dağıla bilər. Burada eyib nə var? Niyə sən hər işin altında Nazilə var deyə, müraciət edirsən? 


Xəbərə aid foto