“İtaliya Milli Dəmir Yolları”nın vitse-prezidenti: Azərbaycanın logistik mərkəzə çevrilməsi üçün potensial imkanları çoxdur (FOTO)


Digərləri 13 İyn 2018 12:57:00 238 0

“İtaliya Milli Dəmir Yolları”nın vitse-prezidenti: Azərbaycanın logistik mərkəzə çevrilməsi üçün potensial imkanları çoxdur (FOTO)

Azərbaycan və İtaliya dəmiryolçuları arasında görüş keçirilib

Bakı. “Azərbaycan Dəmir Yolları” QSC-də “İtaliya Milli Dəmir Yolları”nın Beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Covanni Rokka və İtaliyanın “MERCİTALİA İNTERMODAL” şirkətinin nümayəndələri ilə görüş keçirilib. “Azərbaycan Dəmir Yolları” QSC-dən Trend-ə verilən məlumata görə, qurumun sədri Cavid Qurbanov çıxış edərək Azərbaycanın nəqliyyat-logistika imkanları, Bakı-Tbilisi-Qars, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, “Şimal-Cənub”, Cənub-Qərb nəqliyyat dəhlizləri barədə ətraflı məlumat verib: "Gürcüstanlı və türkiyəli həmkarlarımızla məsləhətləşmələr aparırıq ki, gələcəkdə Batumiyə, eləcə də İstanbula və Ankaraya qatarların işləməsini təmin edək. Bu, iqtisadi münasibətlərin möhkəmlənməsi çox əhəmiyyətli olardı". Görüş iştirakçıları hər iki şirkətin təqdimatlarına baxıblar. Sonra potensial müştərilərə (Avropa-İtaliya-Türkiyə-Azərbaycan-son təyinat məntəqəsi və əks istiqamətdə) təqdim ediləcək qərarlar; qiymət, tranzitin vaxtı və kontraktlar və bazarda birgə irəliləmək üçün atılacaq addımlar müzakirə edilib.