Yasamalda avtomobil qaçıran şəxsin digər cinayəti də aşkar edildi


Digərləri 13 İyn 2018 12:46:59 209 0

Yasamalda avtomobil qaçıran şəxsin digər cinayəti də aşkar edildi

Araşdırmalarla avtomobili qaçırmaqda şübhəli bilinən şəxsin Göyçay rayon sakini Rüfət Mehdiyev olduğu məlum olub.

Bakı. Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini T.Ələkbərov iyunun 10-na keçən gecə yaşadığı evin qarşısından “VAZ-2107” markalı avtomobilinin qaçırıldığını bildirib. DİN-dən Trend-ə verilən məlumata görə, dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Qeyd edilən avtomobilin Kürdəmir rayonu ərazisində hərəkətdə olduğu müəyyən edilib və görülmüş tədbirlərlə həmin nəqliyyat vasitəsi rayon ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla avtomobili qaçırmaqda şübhəli bilinən şəxsin Göyçay rayon sakini Rüfət Mehdiyev olduğu məlum olub.