20dən çox dövlət başçısı Rusiyada toplaşır


Digərləri 13 İyn 2018 12:32:00 260 0

20dən çox dövlət başçısı Rusiyada toplaşır

Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının açılış mərasimində 20-dən çox dövlət başçısı iştirak edəcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu turnirin təşkilat komitəsinin baş direktoru Aleksey Sorokin deyib.

Dünya çempionatının açılış mərasimi iyunun 14-ü ilk matçdan yarım saat əvvəl Moskvanın "Lujniki" stadionunda başlayacaq. Turnirin ilk matçında isə Bakı vaxtı ilə saat 19:00-da ev sahibləri Rusiya ilə Səudiyyə Ərəbistanı qarşılaşacaq.