“Uşaq qaynar xətti” artıq Göygöldə (FOTO)


Digərləri 13 İyn 2018 12:34:27 285 0

“Uşaq qaynar xətti” artıq Göygöldə (FOTO)

Göygöl regional uşaq qaynar xətt xidmətinin əməkdaşlarına təşkilatın mütəxəssisləri tərəfindən qaynar xəttin iş prinsipləri, telefon vasitəsilə yardım və onun xüsusiyyətləri mövzusunda təlimlər keçirilib.

Bakı. Uşaqlar adətən üzləşdikləri çətinliklər - onlara qarşı baş vermiş haqsızlıq, qanun pozuntusu və zorakılıq haqqında valideynlərinə və yaxınlarına danışmaqdan çəkinir, öz hisslərini digərlərindən gizlədir, çıxış yolu axtarmaqda çətinlik çəkirlər. Çətinliklərini bölüşmədikcə ağır psixoloji sarsıntı yaşamış, müxtəlif birdəfəlik və ya davamlı zorakılığa məruz qalmış uşaqların durumu getdikcə daha da ağırlaşır, problemlər daha da dərinləşir. Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da uşaqların müraciət edib, məsləhət istəyə biləcəkləri, keçirdikləri hissləri, emosiyaları, psixoloji zədələri bölüşə biləcəkləri peşəkar Uşaq qaynar xətt xidmətinə ehtiyacı var. Trend-in məlumatına görə, bu ehtiyacı nəzərə alaraq, 2010-cu ildə Təhsil Nazirliyinin əməkdaşlığı və Azercell Telekom-un dəstəyi ilə Ümidli Gələcək GİB tərəfindən Bakı şəhərində Azərbaycan uşaq qaynar xətt xidməti yaradıldı. 2017-ci ildə Azercell şirkətinin təşəbbüsü və dəstəyi ilə qaynar xətt xidmətinin İOS və Android əməliyyat sistemləri üçün nəzərdə tutulan mobil tətbiqləri istifadəyə verildi. Fəaliyyət göstərdiyi səkkiz il ərzində “Azərbaycan uşaq qaynar xətt” xidmətinə müxtəlif problemlərlə bağlı ölkənin bir çox şəhər və rayonlarından uşaqlar və gənclər, habelə valideynlər tərəfindən 32 000-dən artıq zəng daxil olub. Bu zənglərin əksəriyyəti psixoloji və emosional çətinliklər, ailədaxili problemlər, şəxslərarası, həmyaşıdlararası münasibətlərdə gərginlik, həmçinin məişət zorakılığı, əlilliklə bağlı məsələlər, təhsil və hüquqi məsələlərə ehtiyac və s. aiddir. Çətinliklə üzləşmiş hər bir uşağa sosial xidmət, psixoloji və hüquqi yardım, emosional dəstək göstərilir, onların qarşılaşdığı problemlərin həllinə dair məsləhətlər verilir, müraciətlərinin digər müvafiq xidmətlərə yönləndirilməsi təmin edilir. Qaynar Xətt xidmətinə zəng edən uşaq və gənclərə xüsusi təlimlər keçmiş peşəkar mütəxəssislər yardım edir. 2018-ci ilin mart ayından etibarən qismən fəaliyyət göstərən Göygöl regional uşaq qaynar xətt xidmətimiz iyunun 13-dən başlayaraq rəsmi şəkildə işinə başladı. Göygöl ofisimiz Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzi ilə birgə Azercell şirkətinin dəstəyi ilə yaradılıb. Mərkəz yalnız Göygöl rayonu üçün deyil, eyni zamanda yaxın ətraf rayonların (Goranboy, Gəncə, Şəmkir, Qazax, Aqstafa) əhatə edilməsini də nəzərdə tutur. Göygöl regional uşaq qaynar xətt xidmətinin əməkdaşlarına təşkilatın mütəxəssisləri tərəfindən qaynar xəttin iş prinsipləri, telefon vasitəsilə yardım və onun xüsusiyyətləri mövzusunda təlimlər keçirilib. Xidmət 24 saat ərzində aktiv fəaliyyətini davam etdirir. Qaynar xəttin Göygöl regional xidmətinin əlaqə telefonu: 051 580 22 80 Əlavə məlumat üçün: