Ramazan bayramı günlərində əhali fasiləsiz enerji ilə təmin olunacaq


Digərləri 13 İyn 2018 12:27:33 251 0

Ramazan bayramı günlərində əhali fasiləsiz enerji ilə təmin olunacaq

“Azərişıq” ASC-nin Mərkəzi Aparatı və RETSİ (SS)-lər üzrə məsul vəzifəli şəxslərdən ibarət növbətçilik təşkil edilib, habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması üçün zəruri tədbirlər görülüb.

Bakı. Ramazan bayramı ilə əlaqədar qeyri-iş günləri enerji istehlakçılarının, habelə bayram tədbirlərinin keçirildiyi yerlərin fasiləsiz enerji təchizatının təmin olunması məqsədilə texniki və təşkilatı tədbirlər görülərək “Azərişıq” ASC-nin Mərkəzi Aparatı və RETSİ (SS)-lər üzrə məsul vəzifəli şəxslərdən ibarət növbətçilik təşkil edilib, habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması üçün zəruri tədbirlər görülüb. ASC-dən Trend-ə verilən məlumata görə, elektrik şəbəkələrinin normal iş rejimi təmin olunmaqla bayram günlərində RETSİ-lər və rayon (şəhər) elektrik şəbəkələri üzrə növbətçilik təşkil edilib, sui-istifadə hallarının qarşısının alınması üçün nəzarət gücləndirilib, elektrik şəbəkələrinin mal-material ehtiyacının ödənilməsi üçün zəruri tədbirlər görülüb.