FİFA dünya çempionatından 6,1 milyard dollar gəlir götürəcək


Digərləri 13 İyn 2018 12:14:30 163 0

FİFA dünya çempionatından 6,1 milyard dollar gəlir götürəcək

Bu məbləğ əvvəlki mundialın qazancından 1,3 milyard dollar çoxdur

FİFA Rusiyada keçiriləcək dünya çempionatından 6,1 milyard dollar gəlir götürəcək.

"Report"un "The New York Times" nəşrinə istinadən verdiyi məlumata görə, bu məbləğ 2014-cü ildə Braziliyada təşkil olunmuşmundialın qazancından 1,3 milyard dollar çoxdur.

Yayım hüquqlarından əldə olunan vəsait isə 2 faiz artıb. Həmçinin, FİFA sponsorluq müqavilələrindən gözləniləndən 200 milyon dollar çoxgəlir əldə edəcək.

Bu, Çin şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi sayəsində mümkün olub. Dünya çempionatına sponsorluq edən20 şirkətdən 7-si Çini təmsil edir. 2014-cü ildəki mundialdaisə Çindən yalnız bir şirkət var idi.

Qeyd edək ki, dünya çempionatı iyunun 14-dən iyulun 15-dək Rusiyanın11 şəhərindəki 12 stadionda keçiriləcək.