Nazir müavini: "Cənub Qaz Dəhlizi tərəfdaşlıq layihəsidir"


İqtisadiyyat 13 İyn 2018 11:54:49 280 0

Nazir müavini: "Cənub Qaz Dəhlizi tərəfdaşlıq layihəsidir"

"Bu, Azərbaycanın karbohidrogen resursları hesabına qlobal enerji təhlükəsizliyində rolunu gücləndirən növbəti nailiyyətidir"

"Cənub Qaz Dəhlizi (CQD) layihəsiAzərbaycanın karbohidrogen resursları hesabına qlobal enerji təhlükəsizliyində rolunu gücləndirən növbəti nailiyyətidir".

"Report"un məlumatına görə, bunu "Cənub Qaz Dəhlizi və Cənub-Şərq Avropada enerji təhlükəsizliyi" mövzusunda beynəlxalq konfransda energetika nazirinin müavini Samir Vəliyev deyib.

Onun sözlərinə görə dünyanın enerji xəritəsini dəyişdirəcək, enerji təhlükəsizliyini təmin edəcək CDQ layihəsi artıq reallığa çevrilib: "Mayın 29-da Bakıda Cənub Qaz Dəhlizinin, ötən gün isə Əskişəhərdə Trans Anadolu Qaz Boru Kəmərinin (TANAP) açılışı Azərbaycanın təşəbbüsü və liderliyi ilə irimiqyaslı layihələrin həyata keçirilməsi əzmini bir daha nümayiş etdirdi".

S.Vəliyev bildirib ki, Azərbaycan CDQ-nin bütün 4 mərhələsində birbaşa iştirak edən vəonları maliyyələşdirən yeganə ölkədir: "Əlbəttə, layihəyə cəlb olunmuş hər bir ölkənin CDQ ilə bağlı öhdəliyi var. Bu layihənin müəllifi kimi Azərbaycan öz öhdəliklərinə sadiqdir, onun layihənin uğurla tamamlanması ilə bağlı mövqeyi qətidir. Layihənin icrası qlobal maliyyə böhranı dövrünə düşsə də, bütün layihələr maliyyə problemi olmadan həyata keçirilib və bu proses davam etməkdədir. Bütün vacib maliyyə təşkilatları bu layihəyə dəstək veriblər, bu da layihəyə inam və etibarlılıqq göstəricisi kimi dəyərləndirilməlidir".

S. Vəliyevin sözlərinə görə,CDQ-nin dividentlərdən layihəyə qoşulan hər bir tərəfdaşın payına düşür: "Bu layihəyə təkcə enerji təhlükəsizliyi təmin edən layihə kimi deyil, tərəfdaşlıq layihəsi kimi də baxmaqnəzərdən keçirmək lazımdır".